
Haqqımızda
Adentta klinikalar, xəstəxanalar və stomatoloji sahədə fəaliyyət göstərən mütəxəssislər üçün tanınmış brendlərin yüksək keyfiyyətli stomatoloji avadanlıqlar təqdim edən etibarlı təchizatçıdır.
Biz kimik?
2019-cu ildən etibarən fəaliyyət göstərən "Adentta" şirkəti, stomatologiya sahəsində, xüsusilə implantologiya üzrə innovativ və yüksək keyfiyyətli məhsulların idxalı və satışı ilə məşğuldur. Bu gün adentta geniş məhsul çeşidi və peşəkar müştəri portfeli ilə Azərbaycanın aparıcı dental təchizatçılarından biridir.
Maarifləndirmə, peşəkar inkişaf və təcrübə mübadiləsi də fəaliyyətimizdə xüsusi yer tutur. Buna görə də biz yerli və beynəlxalq səviyyəli təlimlər, konfranslar, seminarlar və kurslar təşkil edirik. İndiyədək İtaliya, Almaniya, İsveçrə, Malta, İsrail, BƏƏ, Cənubi Koreya və Belarusiya kimi ölkələrdə həkimlərimizin iştirakı ilə bir sıra elmi tədbirlərə imza atmışıq. Bu təşəbbüsləri gələcəkdə də davam etdirmək üçün səylə çalışırıq.

Həkimlərin etibar etdiyi keyfiyyəti, pasientlərin güvəndiyi nəticəni təklif edirik!
Adentta olaraq məqsədimiz stomatoloji sahədə keyfiyyət standartlarını yüksəltməkdir. Klinikanızın ehtiyaclarını anlayır və dayanıqlı əməkdaşlıq üçün güvənli əsas yaradırıq.
Haqqımızda
Şirkətin tarixçəsinə ümumi baxış


Direktorun mesajı

Adentta-nın qurulmasında əsas məqsədimiz stomatologiya sahəsində çalışan həkimlərə yalnız məhsul deyil, eyni zamanda güvənə biləcəkləri bir tərəfdaş təqdim etmək olub. İnanırıq ki, bu sahədə davamlı inkişafın təməli bilik, keyfiyyət və qarşılıqlı əməkdaşlıqdan keçir.
Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün daim yenilənir, qlobal tendensiyaları izləyir və müasir həlləri Azərbaycana gətiririk. Gələcəyə ümidlə baxır, stomatologiyanın inkişafında mühüm rol oynamağa davam etmək üçün bütün gücümüzlə çalışırıq.



