AdenttaBloqlar2026 Eurasia Full-Mouth Sales Training Program

2026 Eurasia Full-Mouth Sales Training Program

04 sen 2026
2026 Eurasia Full-Mouth Sales Training Program

MegaGen tərəfindən Özbəkistanın Daşkənd şəhərində satış menecerləri üçün “2026 Eurasia Full-Mouth Sales Training Program” adlı beynəlxalq təlim proqramı təşkil olunub.

Yüksək səviyyədə keçirilən təlim çərçivəsində iştirakçılara MegaGen implant sistemləri, full-mouth həlləri və onların tətbiq prinsipləri haqqında geniş məlumat təqdim edilib. Proqram nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edib. İştirakçılar implant sistemləri üzərində praktika edərək məhsulların xüsusiyyətlərini və tətbiq imkanlarını daha yaxından öyrəniblər.

Təlim zamanı MegaGen-in müxtəlif implant həlləri, full-mouth yanaşmaları və müasir implantologiyada istifadə olunan texnologiyalar haqqında biliklər paylaşılıb. Praktiki hissə isə əldə olunan nəzəri məlumatların daha yaxşı mənimsənilməsinə imkan yaradıb.

Müxtəlif ölkələrdən olan iştirakçıları bir araya gətirən “” beynəlxalq təcrübə və bilik mübadiləsi baxımından da əhəmiyyətli olub.2026 Eurasia Full-Mouth Sales Training Program

Bu təlim komandamız üçün MegaGen implant sistemləri haqqında biliklərin daha da genişləndirilməsi və məhsulların tətbiq xüsusiyyətlərinin praktiki şəkildə öyrənilməsi baxımından dəyərli təcrübə olub.

Şəkil qalereyasıVideo
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
gallery
Digər bloqlar
Alman Dəqiqliyinin Sümükdəki İzi: Medentika
Alman Dəqiqliyinin Sümükdəki İzi: Medentika

Medentika implant sistemləri müasir implantologiyada Alman mühəndislik dəqiqliyi və texnoloji innovasiyanın vəhdəti əsasında hazırlanmış etibarlı həllərdən biridir. Sistem bioloji uyğunluq, mexaniki stabilite və dəqiq dizayn balansı ilə uzunömürlü və proqnozlaşdırıla bilən klinik nəticələr əldə etməyə imkan yaradır.

İmplant səthində tətbiq olunan qabaqcıl texnologiya sümük toxuması ilə sürətli inteqrasiyanı dəstəkləyir, osteointeqrasiya prosesini optimallaşdırır və ilkin stabiliteni gücləndirir. Bu xüsusiyyət implantın erkən mərhələdən etibarən sümük daxilində möhkəm yerləşməsini təmin edərək uzunmüddətli funksional sabitliyin əsasını formalaşdırır.

Konik bədən forması və xüsusi yiv strukturu biomekanik yüklərin düzgün paylanmasına kömək edir, çeynəmə qüvvələrinə davamlılığı artırır və implantın uzun illər stabil qalmasını dəstəkləyir. İstehsalda istifadə olunan yüksək keyfiyyətli titan material isə həm biouyğunluq, həm də davamlılıq baxımından sistemin etibarlılığını tamamlayır.

Medentika implant sistemləri tək diş bərpasından çoxsaylı implant əsaslı rekonstruksiyalara qədər geniş klinik indikasiya spektrində tətbiq oluna bilir. Estetik zonalarda təbii görünüş, posterior sahələrdə isə güclü funksional performans təqdim edərək kompleks müalicələr üçün çevik və effektiv həll imkanı yaradır.

Nəticə olaraq, Medentika implantları Alman texnologiyası, mühəndislik dəqiqliyi və klinik etibarlılığı bir araya gətirərək uzunömürlü implantoloji nəticələr üçün güvənilən seçim kimi ön plana çıxır.

 
Daha çox öyrən