Tədbir detalları
“Qızıl Açar” Artıq Sahibində!
adentta olaraq stomatoloqlar üçün xüsusi olaraq planlaşdırdığımız və böyük maraqla qarşılanan “Qızıl Açar 2” kampaniyası uğurla keçirildi!
Kampaniya çərçivəsində həm əyləndik, həm qazandırdıq, həm də birlikdə unudulmaz anlar yaşadıq. Əsas və digər hədiyyələr də öz sahiblərinə təqdim olundu.
Geely Monjaro avtomobili artıq sahibindədir!
301 nömrəli biletin sahibi Dr. Bəhruz Maqsudov kampaniyanın ən böyük hədiyyəsi olan Geely Monjoraya sahib oldu.
Changan UNİ-V və UNİ-Z avtomobillər artıq sahibindədir!
Şanslı qaliblərimiz Dr. Tural İbadov və Dr. Cəbrayıl Nəbiyev Changan Uni-V, Dr. Qədir Rüstəmov isə Changan UNİ-Z modelini qazandı!
“Qızıl Açar 2” kampaniyası bir daha göstərdi ki, adentta sadəcə dental məhsulların təchizatçısı deyil – dəyər verən, paylaşan və birlikdə böyüyən bir ailədir.
Bütün iştirakçılarımıza təşəkkür edirik! Yeni kampaniya və fürsətlərdə görüşmək ümidi ilə bizi izləməyə davam edin!